“Səhv etdim və nəticədə uduzdum”

“Səhv etdim və nəticədə uduzdum”

Şahmat üzrə 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli Dünya Kubokunda ABŞ şahmatçısı Rey Robsona məğlubiyyəti barədə danışıb.

Sports.az xəbər verir ki, mötəbər yarışın 3-cü mərhələsində mübarizəni dayandıran şahmatçı turnirin rəsmi saytına açıqlamasında taktiki cəhətdən səhv etdiyini bildirib:

“Dünya Kubokunda rəqabət çox güclüdür. 3-cü mərhələyə vəsiqə qazanan şahmatçılar arasında ən aşağı reytinq mənə məxsus idi. Birinci partiyada Şamsiddin Vahidov, ardınca isə ispan David Quijarronu məğlub etdim.  İki mərhələ keçəndən sonra növbəti partiyanın daha çətin olacağını bilirdim. 

ABŞ təmsilçisi Rey Robsonla ikinci oyunda səhv variant seçdim. Görünür bu yarış üçün təcrübəm azdır. Birinci oyun heç-heçə başa çatmışdı. İkinci görüşdə də vəziyyət bərabər idi. Gərək heç-heçəyə oynayardım, ardınca isə bacarığımı tay-brekdə sınayardım. Mən bir növ risk etdim və uduzdum. Cavab görüşündə qələbə qazanmaq istəyirdim”.

Qədimbəyli Dünya Kubokuna hazırlıq prosesi barədə məlumat verib. O yarışa beynəlxalq qrossmeyster Nicat Abasovla hazırlaşdığını qeyd edib: “Ümumiyyətlə əsas məşqçim Cahangir Ağarəhimovdu. Amma bu yarışa Nicat Abasovla hazırlaşmışam. Məhz Nicatın məsləhətləri sayəsində iki mərhələni uğurla adladım. Eyni zamanda İsmayıl Şahəliyev də məşqçi kimi mütəmadi olaraq mənə köməklik göstərir”.

Azərbaycan şahmatçısı milli komandanın üzvü Şəhriyar Məmmədyarovun yarışla erkən vidalaşmasına heyfsləndiyini söylədi: “Böyük təəssüf hissi yaşadım. Şəhriyar Dünya Kubokunun favoritlərindən biri idi. Yarışdan əvvəl Məmmədyarovun ən azı yarımfinala qədər irəliləyəcəyini düşünürdüm. Şahmatda hər bir nəticə ola bilər”.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar