Şahmat
Bakıdakı Dünya Kuboku münasibətilə poçt markası buraxıldı
![](https://sports.az/file/articles/2023/08/21/1692621497_14eddbac-ba2c-380a-bb02-8c4a253acafd_850.jpg)
21.08.2023 | 17:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Bakıda keçirilən Şahmat üzrə Dünya Kuboku münasibətilə poçt markası buraxıb.
Sports.az xəbər verir ki, yeni marka 4 000 tirajla, blok şəklində hazırlanıb və dövriyyəyə buraxılıb. Onları “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov möhürləyib.
Xatırladaq ki, Şahmat üzrə Dünya Kuboku iyulun 30-dan başlayıb, avqustun 25-nə qədər davam edəcək. Sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edir. Azərbaycan şahmatçısı Nicat Abasov yarımfi