Şahmat
Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşdi
![](https://sports.az/file/articles/2023/08/21/1692634315_62646391-fdef-3bb0-ae79-aedd0dd789fa_850.jpg)
21.08.2023 | 20:31
Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.
Sports.az xəbər verir ki, 28 yaşlı qrosmeyster yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq.
Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.
Hlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.