Şahmat
Teymur Rəcəbov Hindistana yollanır
![](https://sports.az/file/articles/2023/08/29/1693305597_5.jpeg)
29.08.2023 | 15:21
Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Teymur Rəcəbov sentyabrın 5-9-da Hindistanda keçiriləcək "Tata Steel India" turnirində iştirak edəcək.
Sports.az xəbər verr ki, turnirdə Teymur Rəcəbovla yanaşı Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandha o cümlədən Domaraju Qukeş, Arjun Erigaisi, Vidit Qujarati və Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri mübarizə aparacaq.
Reqlamentə əsasən şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.