Dünya çempionları Bakıda belə qarşılandılar - FOTO

İtaliyanın Sardiniya adasında keçirilmiş 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatında tarixi nəticə qazanan Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı Vətənə qayıdıblar.

Sports.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) 1-ci vitse-prezidenti Faiq Həsənov, AŞF İcraiyyə Komitəsinin üzvü Cahangir Agarəhimov, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, rapid və blits yarışlarında müvafiq olaraq, Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.

Lalə Səid

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar