Şahmat
Abasov bu gün Hindistan şahmatçısı ilə üz-üzə gələcək
09.04.2024 | 11:20
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Sports.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 5-ci turda Hindistan təmsilçisi Dommaracu Qukeş ilə üz-üzə gələcək.
Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 1,5 xalla 4-8-ci, 2,5 xala malik Qukeş 2-3-cü yerləri bölüşdürür.
Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.