Şahmat
Abasov növbəti dəfə məğlub oldu
19.04.2024 | 10:00
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.
Sports.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 12-ci turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1.
Abasov ağ fiqurlarla oynayıb.
Təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.