Şahmatçımız Avropa çempionluğunun bir addımında

Şahmatçımız Avropa çempionluğunun bir addımında

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 9-cu turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, hesabat turunda yarışın lideri Ülviyyə Fətəliyeva Rumıniya şahmatçısı İrina Bulmaqla heç-heçə oynayıb. 

Günay Məmmədzadə Yuliya Osmak (Ukrayna), Səbinə İbrahimova Mitra Hecazipur (Fransa), Ləman Hacıyeva Marta Dakiçi (Serbiya), Ayan Allahverdiyeva isə Mariya-Anna Stefanidi (Yunanıstan) məğlub edib. Təmsilçilərimizdən Xanım Balayeva, Gövhər Beydullayeva, Nərmin Abdinova 9-cu turu bərabərliklə başa vurub, Gülnar Məmmədova isə məğlub olub. 

Bu gün Avropa çempionatında son turun partiyaları oynanılacaq. 9 turdan sonra aktivində 8 xalı olan şahmatçımız Ülviyyə Fətəliyeva turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisini 1 xal qabaqlayan Fətəliyevaya karyerasında ilk dəfə Avropa çempionu olmaq üçün yarım xal qazanmaq kifayət edəcək. Şahmatçılarımızdan Günay Məmmədzadə və Xanım Balacayeva müvafiq olaraq 5 və 9-cu yerlərdə qərarlaşıb. Son turun nəticələrindən asılı olaraq hər ikisi mükafatçılar sırasında yer ala bilər.

Son xəbərlər
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
DAHA ÇOX

Ən çox oxunanlar