Şahmat
“Baku Open-2024” keçiriləcək
03.05.2024 | 14:20
Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open-2024” Beynəlxalq Şahmat Festivalı təşkil ediləcək.
Beynəlxalq Şahmat Federasiyası – FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı 15.06.2024-cü il tarixində müəyyən ediləcək.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdi.
Qeyd edək ki, iyunun 29-u start götürəcək “Baku Open-2024” Beynəlxalq Şahmat Festivalı iyulun 7-də yekunlaşacaq.
Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.