Şuşada Vüqar Həşimov Memorialı keçiriləcək

Şuşada Vüqar Həşimov Memorialı keçiriləcək

Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla ənənəvi Vüqar Həşimov Memorialı təşkil ediləcək.

Sports.az xəbər verir ki, sayca 10-cu dəfə baş tutacaq yarış 25-30 sentyabr tarixlərində ilk dəfə ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçiriləcək. 

Yarışla bağlı keçirilən mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyev yubiley memorialında iştirakçıların adını açıqlayıb. Rapid və blits üzrə keçiriləcək görkəmli şahmatçı Vüqar Həşimovun xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı olacaq. Eyni zamanda turnirdə Nodirbek Abdussatorov (Özbəkistan, FIDE reytinqi 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşiy (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), Yan Kşiştof Duda (Polşa, 2732), yarışın son qalibi Vidit Santoş Gujrathi (Hindistan, 2720) kimi tanınmış şahmatçılar mübarizə aparacaq. 

Ümumilikdə yarışda 10 şahmatçının iştirakı planlaşdırılır. Son iştirakçıların adı yaxın günlərdə dəqiqləşəcək və mətbuata bu barədə məlumat veriləcək. 

Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da olacaq. Turnir “Şuşa” otelində təşkil olunacaq.

10-cu dəfə keçiriləcək Vüqar Həşimov Memorialının baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılıdır.

Son xəbərlər
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
DAHA ÇOX

Ən çox oxunanlar