Millimiz Şahmat Olimpiadasında son görüşünü keçirib

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

Sports.az xəbər verir ki, 11-ci turda Braziliya ilə üz-üzə gələn yığmamız 3:1 hesablı qələbə qazanıb.

Aydın Süleymanlı - Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov - Alexander Fier 0,5:0,5
Rauf Məmmədov - Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov - Dieqo Di Berardino 1:0

Yığmamız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar