Şahmat
Aydın Süleymanlıdan mötəbər turnirdə uğur
02.02.2025 | 23:00
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" turnirinə yekun vurulub.
Sports.az xəbər verir ki, yarışın “Challengers” turnirində çıxış edən Aydın Süleymanlı 13-cü turda Rumınıya təmsilçisi İrina Bulmaqanı məğlub edib.
13 turdan sonra 9,5 xal toplayan A.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq 19 yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeri tutub.
Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub.