“Vüqar Həşimov Memorialı-2022”-nin daha iki iştirakçısı açıqlandı

“Vüqar Həşimov Memorialı-2022”-nin daha iki iştirakçısı açıqlandı

“Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin daha iki iştirakçısı açıqlanıb.

Sports.az xəbər verir ki, 17-24 dekabrda keçiriləcək yarışda dünya çempionu Nodirbek Abdusattorov və üçqat Avropa çempionu Rauf Məmmədov da iştirak edəcəklər.

Bununla da artıq superturnirin 6 iştirakçısı bəlli olub. Mötəbər yarışda Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport və hindistanlı Qukeş Dommaracu da mübarizə aparacaqlar.

Nodirbek Abdusattorov 2015-ci ildə 11 yaşında Beynəlxalq Şahmat Federasiyasının “Ən yaxşı 100 yeniyetmə” siyahısına daxil olub. O, bu siyahıya düşmə yaşına görə rekord müəyyənləşdirib. 2021-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan rapid üzrə dünya çempionatının qalibi olan qrosmeyster cari ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında Özbəkistan millisinin heyətində qızıl medala sahib olub.

Dördqat Azərbaycan çempionu olan Rauf Məmmədov 3 dəfə komandalar arasında Avropa çempionatının qalibi olub. O, 2015-ci ildə Belarusun paytaxtı Minskdə blits üzrə Avropa çempionu adını qazanıb. “Vüqar Həşimov” klubunun lideri olan Rauf Məmmədov 2021-ci ildə Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan klublararası Avropa kuboku yarışında bürünc medal əldə edib.

On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.

Son xəbərlər
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
“El-Klasiko”da tarixi statistika necədir?
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar