Abdulla Qədimbəyli: “Şansımı çox böyük qiymətləndirmirəm”

Abdulla Qədimbəyli: “Şansımı çox böyük qiymətləndirmirəm”

“Vüqar Həşimov Memorialı" beynəlxalq təqvimdə ən güclü turnirlərdən biridir və xüsusi çəkiyə malikdir. Bu il keçiriləcək yarışa 7 ölkədən elit şahmatçılar qatılacaqlar".

Sports.az xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı-2022"də iştirak edəcək gənclər arasında dünya çempionu Abdulla Qədimbəyli turnirin mətbuat xidmətinə açıqlamasında deyib.

20 yaşlı qrossmeyster rəqiblərin yetərincə güclü olduğunu bildirib: "Mükafatçılar sırasında yer almaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Ancaq əmsal baxımından şansımı çox böyük qiymətləndirmirəm. Düşünürəm ki, istədiyim kimi oynasam, uğurlu nəticə qazana bilərəm".

Qədimbəyli yarışın təşkilinin yeni nəsil şahmatçıların yetişməsinə böyük təkan verdiyini söyləyib. O, Azərbaycanın ilk Avropa çempionluğunda Vüqar Həşimovun vacib qələbəsinin hər bir kəsin yaddaşında xoş iz buraxdığını sözlərinə əlavə edib.

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17 - 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar