Aydın Süleymanlı: “Bu turnirdə çıxış etmək qürurvericidir”

Aydın Süleymanlı: “Bu turnirdə çıxış etmək qürurvericidir”

“Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir”.

Sports.az xəbər verir ki, bunu yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, "Aeroflot Open 2020" turnirinin qalibi Aydın Süleymanlı yarışın mətbuat xidmətinə açıqlamasında deyib.

O, memorialda elit şahmatçıların mübarizə aparacağını bildirib: "Bu, indiyədək iştirak edəcəyim ən böyük və qapalı turnirdir. Dünya səviyyəli qrossmeysterlərin mübarizə apardığı bu yarışda oynamaq mənim üçün o qədər də asan deyil. Əsas məqsəd gözəl oyun nümayiş etdirmək və özümü yaxşı tərəfdən göstərməkdir. Oynadığım hər saniyədən zövq almaq istəyirəm”.

Xatırladaq ki, Aydın Süleymanlı 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kubokunda bürünc medala sahib çıxıb. Qrossmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar