Şahmat
Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəldi

20.11.2025 | 21:20
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərində qələbə qazanıb.
Sports.az xəbər verir ki, yığmamız 4-cü turda İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçilərimizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə Azərbaycan 1/4 finala yüksəlib və bu raundda Gürcüstanla qarşılaşacaq.
Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.
Son xəbərlər





























