Şahmat
Xankəndidə keçiriləcək Vüqar Həşimov Memorialının iştirakçıları bəlli oldu

04.12.2025 | 18:15
Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub.
Sports.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, dekabrın 9-dan 11-dək keçiriləcək Memorial ilk dəfə 2014-cü ildə təşkil olunub. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.
Son xəbərlər





























