"Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar"

"Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar"

"Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar.

Sports.az xəbər verir ki, bu barədə Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Təcrübəli qrossmeyster UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl" (İngiltərə) oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Desəm ki, şans yoxdu yalan olar. "Nyukasl" böyük favoritdir. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdur. Lakin "Qarabağ" adi komanda deyil. "Benfika"ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. "Ayntraxt"a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. "Çelsi" kimi komandayla heç-heçə oynadı. Yəni "Qarabağ"dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə, stadiona getməyə çalışacağam".

Məmmədyarov ötən ay atası ilə birlikdə stadionda "Qarabağ"ın "Ayntraxt"la oyununa baxdığını söyləyib:

"Çox əla oyun keçdi. Atam dəhşətli dərəcədə "Qarabağ"a inanırdı. İlk dəqiqədən deyirdi yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. "Qarabağ" inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, "Qarabağ" - "Ayntraxt" matçını stadionda izləmişəm. Dəhşət hisslər idi".

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
DAHA ÇOX

Ən çox oxunanlar