AŞF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

AŞF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Federasiya rəhbəri fərqlənən yeniyetmələrin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.

Ötən ilin Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən "Sosial şahmat ili" elan olunduğu xatırlanıb. Bu səbəbdən FIDE 2025-ci ildə bütün dünya üzrə şahmatın sosial layihələrə cəlb olunmasına diqqəti artırıb.

Beynəlxalq Şahmat Federasiyası 2025-ci ildə Azərbaycanda şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirərək AŞF-nin İcraiyyə Komitəsinin üzvü, tanınmış şahmatçı Aynur Sofiyevanı xüsusi hazırlanan xatirə medalı ilə təltif edib.

İclas zamanı mükafat Aynur Sofiyevaya FIDE-nin vitse-prezidenti Mahir Məmmədov tərəfindən təqdim olunub.

İki saatdan çox davam edən iclasda Təsnifat Komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.

İclasda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və "Təhsil" RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.

AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.

Son xəbərlər
Qvardiola “Mançester Siti”nin kapitanının gələcəyi ilə bağlı sualı cavabladı
Endryu Robetson İngiltərədə çıxışını davam etdirə bilər
“Mançester Siti”nin ulduzu İspaniya La Liqasını xəyal edir
“Arsenal” “Nyukasl”ın üç oyunçusunu hədəfə aldı
Zubir “Qarabağ”ı tərk edəcək?
PSJ “Aston Villa”nın ulduzu uğrunda mübarizəyə qoşuldu
AŞF-nin İcraiyyə Komitəsinin iclası keçirilib
“Çelsi” transfer hədəflərindən birini müəyyənləşdirdi
Millimizin gürcülərlə ikinci görüşü
“Barselona”nın ulduzu gələcəyi ilə bağlı mövqeyini dəyişdi
Gənclər Liqasının oyunları təxirə salındı
“Real”ın baş məşqçisi vəzifəsinə gözlənilməz namizəd
Yarımfinalın cavab matçları keçiriləcək
“Atletiko” “Barselona”nın futbolçusunu hədəfə aldı
Slotdan istefa açıqlaması
“Arsenal” Çempionlar Liqasını qazanacaqmı? – Arteta cavabladı
Günün oyunları – TV
Qvardiola çempionluğa inanır?
“Bayern” baş məşqçisinə təbrik ünvanladı
“İnter”də ciddi itki
“Qarabağ” “Şamaxı”ya, “Sabah” “Zirə”yə qarşı
Parisdə 5, Marseldə 4 qol
“Real” yenə xal itirdi
“Vest Hem” 4 cavabsız qola sevindi
“Roma”dan darmadağın
İlk oyunda heç-heçə
İtaliya millisinin yeni baş məşqçisi bilindi
“Milan” yay hazırlıq planları üzərində çalışır
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar