Azərbaycan çempionatı: Durarbəyli itkisiz irəliləyir

Azərbaycan çempionatı: Durarbəyli itkisiz irəliləyir

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib.

Sports.az xəbər verir ki, hesabat turunun mərkəzi görüşü Vasif Durarbəyli ilə turnirin reytinq favoriti Nicat Abasov arasında olub. 

Çempionatın lideri olan Durarbəyli ardıcıl dördüncü qələbəni qazanmaqla birinci pillədəki mövqeyini qoruyub.

Şiroğlan Talıbov ağ fiqurlarla Xəzər Babazadəni, Vüqar Əsədli qaralarla Ülvi Sadıqovu, Məhəmməd Muradlı Fariz Əhmədovu üstələyib.

Əhməd Əhmədzadə qara fiqurlarla İsmayıl Şahəliyevə uduzub. İsmayıl Qurbanov isə Murad İbrahimliyə təslim olmaqla turu xalsız başa vurub.

4-cü tur çempionatın debütantı Xaqan Əhmədin ilk heç-heçəsi ilə əlamətdar olub. Ardıcıl üç məğlubiyyətdən sonra 12 yaşlı şahmatçı Şahin Vəliyevlə xalı yarı bölüb.

Digər oyunlara gəlincə, Eltac Səfərli - Aydın Süleymanlı, Abdulla Qədimbəyli - Vüqar Manafov, Fərid Mustafayev - Elvin Bayramov arasında oynanılan partiyalar heç-heçə ilə yekunlaşıb.

4 turdan sonra Vasif Durarbəyli maksimum xalla birinci pillədə qərarlaşıb. İkinci pillədəki Şiroğlan Talıbov liderdən 1 xal geri qalır. 3-7-ci yerləri bölüşdürən Aydın Süleymanlı, Vüqar Əsədli, Eltac Səfərli, İsmayıl Şahəliyev, Məhəmməd Muradlının aktivində 2.5 xal var. Nicat Abasov, Ülvi Sadıqov, Vüqar Manafov, Elvin Bayramov, Xəzər Babazadə, Abdulla Qədimbəyli və Murad İbrahimli 2 xal toplayıblar. Növbəti pillələrdə hərəyə 1,5 xalı olan Əhməd Əhmədzadə, Fariz Əhmədov, Fərid Mustafayev qərarlaşıb. Şahin Vəliyevin cəmi 1 xalı var. Turnir cədvəlinin son pillələrində İsmayıl Qurbanovla Xaqan Əhməd yer alıb (hərəyə 0,5 xal).

Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar