Durarbəylidən növbəti xal itkisi

Durarbəylidən növbəti xal itkisi

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 7-ci turun görüşləri keçirilib.

Sports.az xəbər verir ki, çempionatın lideri Vasif Durarbəyli ardıcıl ikinci dəfə xal itirib.

Bu dəfə Durarbəyli qara fiqurlarla Vüqar Əsədli ilə heç-heçə oynayıb. Reytinq favorit Nicat Abasov qara fiqurlarla Xəzər Babazadə ilə “sülh”ə razılaşıb.

Liderləri izləyən Aydın Süleymanlı hesabat turunda Məhəmməd Muradlıya uduzub. İsmayıl Şahəliyev ağ fiqurlarla Eltac Səfərli ilə bacarmayıb – 0:1.

Murad İbrahimli Fariz Əhmədova, Vüqar Manafov isə Şiroğlan Talıbova qalib gəlib. Qələbə qazanan hər iki şahmatçı bu tur qara fiqurlarla mübarizə aparıb. Əhməd Əhmədzadə Şahin Vəliyev, Elvin Bayramov isə İsmayıl Qurbanovu təslim olmağa məcbur edib. Xaqan Əhmədlə Fərid Mustafayevin görüşü bərabərlik başa çatıb.
Ülvi Sadıqov – Abdulla Qədimbəyli arasında görüş baş tutmayıb. Xəstələnən Abdulla Qədimbəyli bu turdan etibarən ölkə çempionatında çıxışını dayandırıb. Rəqibi gəlmədiyinə görə 7-ci turda Ülvi Sadıqovun aktivinə texniki qələbə yazılıb.  

7 turdan sonra aktivində 6 xal olan Vasif Durarbəyli liderliyini davam etdirir. Liderdən 1 xal geri qalan Vüqar Əsədli ikinci yerdədir. Növbəti sıralarda hərəyə 4,5 xal toplayan Nicat Abasov,Məhəmməd Muradlı, Xəzər Babazadə və Eltac Səfərli qərarlaşıb. 7-9-cu sıraları bölüşən Aydın Süleymanlı, Ülvi Sadıqov və Murad İbrahimli hərəyə 4 xal əldə edib.  

Növbəti turun oyunları yanvarın 21-də oynanılacaq. 

Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar