“Bu nəticəni gözləmirdim”

“Bu nəticəni gözləmirdim”

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının finalında məğlub olan Vüqar Əsədli yarışla bağlı təəssüratlarını bildirib.

Sports.az xəbər verir ki, Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında Əsədli oyunundan razı qaldığını söyləyib:

“Bu nəticəni gözləmirdim. Çünki hazırda hərbi xidmətdəyəm. Yarışa xüsusi hazırlığım olmayıb. Ölkə çempionatında iştirakla bağlı icazə almışam və yarışdan əvvəl ikinci yeri tutacağımı düşünmürdüm. Karyeramda ilk dəfə ölkə çempionatında gümüş medal qazandım”.

Şahmatçı finalda güzəştsiz mübarizənin olduğunu deyib: “Psixoloji olaraq çətin oldu. Finalda klassik oyunda ilk görüşdə qələbə qazandım. Amma uğurun davamını gətirmək alınmadı. Psixoloji olaraq sona qədər səhvsiz oynamaq alınmadı. Oyun baxımından Azərbaycan çempionu olmağa gücüm var idi. Sadəcə, hər zaman şahmatda mübarizə istədiyimiz kimi olmur”.

Azərbaycan çempionatında ikinci yerin sahibi olan Vüqar Əsədli yeniyetmə şahmatçıların bütün rəqiblərə müqavimət göstərdiyini qeyd edib: “Çempionatda gənclərin oyunu məni təəccübləndirdi. Xüsusilə az yaşlıların oyununu fərqləndirmək istərdim. Variantları çox yaxşı bilirlər. Maraqlı gedişlər oynadılar. Ona görə rəqabətin az olmadığını deməliyəm”.

Son xəbərlər
“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi
“Lill”dən darmadağın
“Yuventus” “Latsio”ya məğlub oldu
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar