"Nepomnyaşi dünya çempionu elan edilməli idi" - Karpov

Şahmat üzrə onikinci dünya çempionu Anatoli Karpov rusiyalı qrossmeyster Yan Nepomnyaşinin norveçli Maqnus Karlsenin titulunu qorumaqdan imtina etməsindən dərhal sonra dünya çempionu elan edilməli olduğu fikrini bildirib.
Nepomnyaşi ardıcıl iki dəfə namizədlər turnirinin qalibi adını qazanıb. Karlsenin imtinasından sonra dünya şahmat tacı uğrunda görüşdə onun rəqibi ikinci yeri tutan çinli Dinq Liren olub.
“Tarixən dünya çempionu müxtəlif səbəblərə görə titulunu qorumaqdan imtina edibsə, o zaman çempion digərlərinə qalib gələn şahmatçı elan edilib. Nepomnyaşi hamını iki dəfə məğlub etdi. Və Karlsen ilk görüşdə titulunu qoruyub, ikinci görüşdə müdafiədən imtina etdikdən sonra Nepomnyaşi dünya çempionu elan edilməli idi” - Karpov Matç TV-də deyib.
Şahmat üzrə dünya çempionu adı uğrunda qarşılaşmanın ilk oyunu aprelin 9-da Astanada keçiriləcək.





























