“Əsas məqsəd – Avropa çempionatını qazanmaqdır”

Almaniya yığmasının yarımmüdafiəçisi Camal Musiala AÇ-2024-ün 1/4 finalında İspaniya yığması ilə oyun ərəfəsində Avropa çempionatının ən yaxşı oyunçusuna verilən mükafata sahib ola bilməsi ehtimalı haqda sualı cavablayıb.

Sports.az alman futbolçunun bu barədə cavabını təqdim edir:

“Mən bu barədə düşünmürəm. Mən sadəcə bu ruhda davam etmək istəyirəm. Sadəcə var gücümü ortaya qoymaq, komandaya qol vurmağa və yaxşı çıxış etməyə kömək etmək. Əsas məqsəd – Avropa çempionatını qazanmaqdır. Yalnız bundan sonra biz fərdi mükafatlar alacağıq. Mən bütün diqqətimi İspaniya yığmasını məğlub etməyə, yarımfinala yüksəlməyə və komanda olaraq irəliyə doğru növbəti addımları atmağa yönəltmişəm”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar