Millidə labüd görünən nəsil dəyişikliyi olmasa...

Millidə labüd görünən nəsil dəyişikliyi olmasa...

İsveçlə oyunda ümid verən milli Slovakiyada bərbad çıxış etdi.

Üç gün öncə komandanın ən yaxşı futbolçusu olan Emin Mahmudov bu dəfə 1 dəqiqə də oynamadı. Əvəzində İsveçlə matçda 1 metrdən düz ötürmə edə bilməyən Aleksey İsayev yenə əsas heyətdə idi. Həmin oyunda yaxşı təsir bağışlayan Abbas Hüseynovun yerinə isə Slovakiyadakı matçın antiqəhramanı Amin Seydiyevə güvənildi. 

Sanki Santuş bizim futbolçuları hələ tam tanımır. Onun məşqçi komandası da slovakları yaxşı təhlil etməmişdi. 

Santuşun qarşısına hansısa məqsəd qoyulubmu, yoxsa De Byazi kimi elə-belə gətiriblər ki, Xəzərin nərəsindən, qara kürüsündən yeyib gününü keçirtsin, bilmirəm. 

Əgər məqsəd qoyublarsa, heyətin gəncləşdirilməsi haqda da yəqin ki, tapşırıq veriblər.
Dünənki, ruhsuz komandadansa U 21, U 19, U 17-nin üzvlərini cəlb edib Millətlər Liqasının əhəmiyyətsiz oyunlarında onları oynatmaq olardı.

Yəni, Santuş milliyə yalnız pul qazanmaq yox, həm də nələrsə qazandırmaq üçün gəlibsə, bu dəqiqə ən yaxşı qazancımız, gənclərin yeniyetmələrin ortaya çıxarılmasıdı. 

İsveçlə oyundan sonra da yazmışdım 20-25 yaşında millinin əsas heyətini təşkil edəcək yetərincə istedadlı gənclər var: 
Rza Cəfərov, Yusif İmanov, Nəriman Axundzadə, Emil Səfərov, Xəyal Əliyev, Fərid Yusifli və s. Bəlkə də hansısa milli formada meydana çıxsa 1-2 oyun həyacandan dizləri əsəcək. Amma onlara belə əhəmiyyətsiz görüşlərdə şans vermək lazımdı ki, bir az təcrübə yığsınlar və artıq əhəmiyyətli qarşılaşmalarda komandaya kömək edə bilsinlər. 
Bu gənclərlə oynayıb uduzsaq da, düşünürəm ki, azarkeşlər də, hamı da anlayışla qarşılayacaq. 


Millidə nəsil dəyişikliyi vacibdi! Bunu Santuşa anlatmaq lazımdı. Əks təqdirdə, dünənki kimi oyunların sayı çox olacaq... Milli komandada pul, mükafat üçün oynayan futbolçulara ehtiyac yoxdu. Formanın haqqını verən, özündən daha güclü rəqiblə döyüşən, ustalıq çatışmamazlığını bu döyüşkənliklə kompensasiya edən, xarakterli, milli ruhlu gənclərə yol açılmalıdı!

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar