Azərbaycan yığması bu gün elit-raunda vəsiqə qazana bilər

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sports.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı sınağa çəkəcək.

U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilər. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması lazımdır.

Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaq.

Daha öncə Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda 1:2 hesabı ilə uduzub.

AÇ-2024, seçmə mərhələ
21 noyabr

21:00. Lüksemburq - Azərbaycan

21:00. Bosniya və Herseqovina - Niderland

Xal durumu: Niderland – 6. Bosniya və Herseqovina – 4. Azərbaycan – 1. Lüksemburq - 0.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar