2024-ü uğurlarkən

2024-ü uğurlarkən

Zaman elə sürətlə keçir ki, cəmi 15-16 gün sonra Yeni İlin olacağına adamın inanmağı gəlmir.

2024 çox maraqlı alındı. 

İlə "Qarabağ"ın möhtəşəm Braqa zəfəri ilə başladıq. Bu kiçik şəhərlə yanaşı çox gözəl Portunu görmək, gəzmək də qismətimiz oldu. Ağdam təmsilçisini Avropa Liqasının 1/8 finalına yüksəldən qarşılaşmalar klub futbolumuza qızıl hərflərlə yazıldı.

“Qarabağ”ın gerçəkləşdirdiyi xəyallarım

Kabab qoxan tarix

Başqa yolu yox artıq!

Halal komanda!

"Braqa" - "Qarabağ" oyunundan sonra İtaliyaya yollandım və ilk dəfə Romanı gördüm, okeanın o tayında - Bostonda yaşasa da, "Qarabağ"ın demək olar bütün səfər qarşılaşmalarına gələn unikal futbol azarkeşi Alek Adamsonla dostlaşdım. 

Uşaqlıq kumirlərimdən Maradonanın şəhəri - Neapola səyahət isə yaddaşımda ömürlük unudulmaz iz qoydu. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Natiq Nəsirovun sayəsində burda Neapol-Bakı Assosiasiyasının rəhbəri Cüzeppe Kanilyo ilə tanış oldum və Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" - "Barselona" oyununu əfsanəvi Dieqo Armando Maradonanın adını daşıyan stadiondan canlı izlədim (“Futbol Tanrısı”nın “Qarabağ” sevinci).

Daha sonra hakim ədalətsizliyi ucbatından Avropa Liqasının 1/8 final mərhələsində mübarizəni dayandıran "Qarabağ"ın  Leverkuzendə "Bayer"lə matçı vardı. 

Bu səfərdə Köln şəhərini də daha yaxından tanımaq və "Bayer"in keçmiş futbolçusu Burak Kaplanla müsahibə almaq qismət oldu. 

Ardınca Stokholma yollanıb Avropanın ən  məşhur derbilərindən birini - möhtəşəm AİK - "Yurqorden" mücadiləsini izlədim və Musa Qurbanlıdan müsahibə aldım. 

“Musa da qollar vurardı...” - Ponomaryov

OĞUL - Musa Qurbanlı ilə Stokholmdan eksklüziv müsahibə

Bizim Musa

Ayın futbolçusu

Yayda qitənin ən böyük futbol hadisəsinə - AVRO 2024-ə canlı şahidlik etdim, Berlində keçirilən 1/4 final mərhələsinin Niderland - Türkiyə oyununa Azərbaycandan rəsmi akkreditasiya alan yeganə jurnalist oldum. Bu səfərdə ilk dəfə Rust şəhərciyində yerləşən Avropanın ən boyük əyləncə parklarından biri "Europa-Park"ı və həyatımda ikinci dəfə İsveçrənin əsrarəngiz Reynfal şəlaləsini görə bildim, "Bazel" - "Ulm 1846" matçını stadiondan izlədim.

Türkiyənin qələbəsinə şahidlik edəcək arena - Anar Şabanoğlu Berlindən yazır

Özümüzü ögey hiss etdiyimiz bayram

ABŞ-da keçirilən Copa America-nın final matçına Azərbaycandan akkreditasiya almış yeganə jurnalist olsam da, müəyyən obyektiv səbəblərdən əvvəllər bəzi şəhərlərində olduğum uzaq ölkəyə səfərim baş tutmadı.

Əvəzində milli komandamızla son ilyarımda üçüncü dəfə Stokholma getdim, yekun nəticədəki uğursuzluğa baxmayaraq ümid işartıları gördüm.

Bu il iş baxımından ən sevindiyim hadisə Balakişi Qasımovla müsahibə idi. AFFA-nın vitse-prezidentinin bir çox müraciətə baxmayaraq Azərbaycan idman mediasına ilk müsahibəsi üçün məni seçməsi şərəf verdi. 

“İndi ancaq yuxularımda və “PlayStation”da futbol oynayıram…" - Balakişi Qasımov

“İlqar Qurbanova inanmamaq üçün heç bir əsasım yoxdur” - Balakişi Qasımov

Balakişi Qasımovla uzun söhbət

Balakişi Qasımovla müsahibədən 3-4 gün sonra "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məni və uzun illər "apasport"a rəhbərlik etmiş, hazırda matc.az saytının baş redaktoru olan həmkarım İxtiyar Əsgərovu hüquq-mühafizə orqanlarına şikayət etdi...

26 illik jurnalistika karyeramda və 43 illik həyatımda bu da bir ilk idi. 

Amma Rəfiyevin ölkənin bir çox aparıcı qəzet və saytlarında, televiziyasında çalışmış, ən köklü futbol klubunun mətbuat katibi, ən nüfuzlu idman jurnalistləri təşkilatının vitse-prezidenti olmuş, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası - AIPS-in 25 illik üzvünə şər-böhtan ataraq imicini ləkələmək istəyi baş tutmadı. 

İxtiyar Əsgərov, mən, bir çox başqa həmkarlarım 30 ilə yaxındır Azərbaycan futbolunun cəfasını çəkirik, səfasını isə Rəfiyev kimilər görür. Üstəlik, medianın səsini boğmaq, azadlığını əlindən almaq, qorxutmaq iddiasına düşürlər... Nə isə...

PFL-in Region Layihəsi çərçivəsində Tovuz və Şamaxıya çoxlu maraqlı səfərlərə getdik. 

Şəxsi həyatımda da unudulmaz məqamlar oldu. Dördüncü övladım dünyaya gəldi. Üçüncü sinifdə oxuyan oğlum Emil Səid ilk dəfə iştirak etdiyi Beynəlxalq Riyaziyyat Olimpiadasının Azərbaycan mərhələsində bütün suallara düz cavab verib qalib oldu, daha sonra Sinqapurda keçirilən final mərhələsində qızıl medal aldı. 

...Bu il getmək istədiyim, amma dəvətlərə baxmayaraq, gedə bilmədiyim iki şəhər oldu. Allahın izniylə gələcəkdə həm Şuşanı, həm də İzmiri görərəm. Çünki, bunu çox arzulayıram.

Arzular bitmədikcə yaşamaq gözəldi. 

Arzuların gerçəkləşməsi, 2025-ci ilin hamı üçün maraqlı, xeyirli-uğurlu olması diləyilə!

Son xəbərlər
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
“Fənərbağça” Tedeskonu istefaya göndərdi
DAHA ÇOX

Ən çox oxunanlar