Azərbaycan futbolu
Millimiz Tacikistana qalib gəldi
28.04.2024 | 19:00
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.
Sports.az xəbər verir ki, yığma Tacikistan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb - 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.
Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.