Azərbaycan futbolu
Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək
30.04.2024 | 16:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.
Sports.az xəbər verir ki, U-21 iyun ayının 7-də səfərdə slovakiyalı yaşıdları ilə qarşılaşacaq.
Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.