Musa Qurbanlı İsveç kubokunun final matçına hazırdır - VİDEO

Sabah futbol üzrə İsveç kubokunun final oyunu keçiriləcək.

Sports.az xəbər verir ki, həlledici oyunda “Malmö” ilə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” üz-üzə gələcəklər.

“Yurqorden” bu matçdan öncə son məşqini keçirib. Klubun rəsmi paylaşımından görünür ki, Musa məşqdə yaxşı təsir bağışlayıb və əhval-ruhiyyəsi əla olub. Onun həlledici qarşılaşmada meydana çıxıb-çıxmayacağı isə məşqçilər korpusunun qərarından asılı olacaq.

Qeyd edək ki, “Malmö” – “Yurqorden” matçına Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar