AFFA-dan tələbələr üçün master-klass

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) dəvətilə tələbələr üçün master-klass keçib.

Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sessiyanın mövzusu rəsmi beynəlxalq futbol yarışlarının təşkili və matç əməliyyatları olub.

İştirakçılar arasında ASAPES-in Rusiyanın MGİMO Universiteti ilə idman menecmenti üzrə ikili proqramının tələbələri və SABAH qruplarının tələbələri yer alıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar