Millimiz UEFA İnkişaf Turnirində son sınağına çıxır

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.

Sports.az xəbər verir ki, yığma ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

U-17 ilk iki görüşdə Belarus (1:3) və Qazaxıstana (2:2, penaltilərlə 1:4) məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığmaları üzərində qələbə qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar