Azərbaycan Kubokunun qalibi bəlli oldu

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Sports.az xəbər verir ki, mövsümün son matçında ölkə çempionu “Araz-Naxçıvan”la cari mövsümün gümüş medalçısı, Azərbaycan kubokunun ötən mövsümkü qalibi “Baku Fire” üz-üzə gəlib.

15 ildir kuboku qazanmayan “Araz-Naxçıvan” bu dəfə “qızıl dubl” edib.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Komandalara mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim edib. Xəzər Ağalızadə (“Araz-Naxçıvan”) final matçının ən yaxşısı seçilib.

Azərbaycan Kuboku
Final

7 may

Araz-Naxçıvan – Baku Fire 5:5 (penaltilər 5:4)
Qollar: Amadeu, 3:20. Andre Junior, 6:43. Kamran Hacıyev, 11:35-öz qapısına. Xəzər Ağalızadə, 29:00. Lukas Romao, 33:29 - Kənan Manafov, 10:25. Tofiq Mikayılov, 13:56. İaqo Henrique, 19:09. Oktay Rüstəmli, 20:15. Elvin Quliyev, 23:23.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar