AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib

AFFA-nın təşkilatçılığı ilə Premyer Liqa və I Liqa klublarının təhlükəsizlik, mühafizə üzrə məsul şəxsləri üçün seminar keçirilib.

Sports.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti) əməkdaşlarının iştirakı ilə “İzdihamın idarə edilməsi” və “Futbol stadionlarında təhlükəsizlik” mövzularında tədbir baş tutub.

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar