MOİK və “Şamaxı”dan darmadağın

I Liqada 25-ci tura yekun vurulub.

Sports.az xəbər verir ki, bu gün son 4 oyun baş tutub.

“İmişli” – “Qaradağ Lökbatan” və “Mingəçevir” – “Zaqatala” oyunlarında qapılara qol vurulmayıb. 

“Araz Saatlı” evdə MOİK-ə 5 cavabsız qolla uduzub. “Şamaxı” isə “Karvan”a 3 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, ilk oyun günündə “İrəvan”la “Difai Ağsu” da heç-heçə oynamışdı – 0:0.

I Liqa
25-ci tur

9 may

“Araz Saatlı” – MOİK 0:5
Qollar: Elmir Rəhimzadə, 38-pen; 47; 62. Cavidan Abbaszadə, 90. Elvin Valiyev, 90+2.
Hakimlər: Rövşən Rəcəbov, Asif Abdullayev, Sənan Atayev, Murad Səlimov.

“Şamaxı” – “Karvan” 3:0
Qollar: Emin Zamanov, 19. Qurban Səfərov, 38. Bəhruz Teymurov, 54.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rəhman Aslanov, İslam Məmmədov.

“İmişli” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: İnqiliab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Səbuhi Bayramov.

“Mingəçevir” – “Zaqatala” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Orxan İbişov, Aydın Baxşıyev, Vüqar Həsənli.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar