Azərbaycan futbolu
“Sabah” Abşeronda futbolçu seçiminə başlayır
09.05.2024 | 23:40
“Sabah” Futbol Akademiyası “Azerlotereya”nın təşkilatçılığı ilə Abşeronda futbolçu seçimlərinə başlayır.
Sports.az xəbər verir ki, akademiyanın məşqçilər heyəti 14-15 may tarixlərində, Xırdalan şəhərində 2010-2015-ci il təvəllüdlü uşaqlar arasında seçimlər edəcəklər.
Seçimlər saat 13:00-da, Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.
Akademiyanın seçimlərinə qoşul, sabahın ulduzu ol!
Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz.