“Neftçi” bu gün “Kəpəz”lə qarşılaşacaq

Bu gün Misli Premyer Liqasında 34-cü tura start veriləcək.

Sports.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

“Neftçi” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisi mütləq qələbə qazanmalıdır. Əks halda “ağ-qaralar” şanslarını daha da azaltmış olacaqlar.

“Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qarabağ” oyunları sabah, “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları isə mayın 12-də keçiriləcək.

Misli Premyer Liqası
34-cü tur

10 may

“Neftçi” – “Kəpəz”
Bakı. “Neftçi Arena”, 19:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar