Almaniya klubundan Mahir Emreli ilə bağlı açıqlama

Almaniya ikinci bundesliqa təmsilçisi "Nürnberq" (baş məşqçi Miroslav Kloze) Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə danışıqlar apardığını təsdiqləyib.

Sports.az xəbər verir ki, bu haqda klubun idman direktoru Joti Hatsialeksiu "Bild" nəşrinə açıqlamasında deyib.

"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur. O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik” - deyə klub rəsmisi bildirib.

Qəzetin yazdığına görə, Emreli bazar ertəsi günü Nürnberqdə komandanın düşərgəsində olub. Amma o, sonradan müqavilə bağlamadan geri qayıdıb. Qəzet yazır ki, "Nürnberq" yekun qərar verməzdən əvvəl Emreli ilə əlavə müzakirələr və araşdırmalar aparmaq fikrindədir.

Qeyd edək ki, Emrelinin tezliklə hazırkı klubu "Dinamo"nu tərk edəcəyi gözlənilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar