KL: Klublarımızın potensial rəqibləri bəlli oldu

Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Sports.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri "Zirə", "Sumqayıt" və "Sabah"ın da potensial rəqibləri müəyyənləşib.

"Sumqayıt” – “Fehervar” (Macarıstan) və “Zirə” – “Dunayska Streda” (Slovakiya) cütləri səpələnməmişlər,  “Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütü isə səpələnmişlər səbətində yer alıb. 

"Sabah" "Makkabi"ni keçsə, 3-cü mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.

"Zirə" Slovakiya klubunu keçərsə, 3-cü mərhələdə "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi üz-üzə gələcək. 

"Sumqayıt" isə "Fehervar"ı mübarizədən kənarlaşdırsa, 3-cü raundda "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

Hər üç təmsilçimiz mərhələ keçəcəyi təqdirdə ilk oyununu səfərdə keçirəcək.

3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar