KL: “Sumqayıt”ın rəqibinin oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edildi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq Macarıstanın "Fehervar" klubunun oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.

Sports.az Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın Bakıya uçuşunun gecikməsi səbəb olub.

"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən nəzərdə tutulduğu kimi bu gün, saat 19:30-da və 20:00-da başlayacaq.

"Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar