“Bakıda məğlub olsaq belə, meydanı başıuca tərk edəcəyik”

"Linkoln"un (Cəbəllütariq) futbolçusu Qrem Torilya UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, klubun rəsmi saytına danışan Cəbəllütariq millisinin üzvü komandasının 0:2 hesablı məğlubiyyətinə baxmayaraq yaxşı çıxış etdiyini bildirib:

"Düşünürəm ki, uduzmağımıza baxmayaraq, pis çıxış etmədik. Qapımızda gördüyümüz qollar istisna olmaqla, müdafiədə yaxşı oynadıq. Hücumlarımız kəsərsiz alındı. Dünənki matçda azarkeşlərimiz möhtəşəm idi. Onların səsini eşitmək bizə qüvvət verir. Bizi Bakıda çətin cavab oyunu gözləyir. Rəqib bizdən 2 top irəlidədir. Bununla belə, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bakıda məğlub olsaq belə, meydanı başıuca tərk edəcəyik".

"Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar