“Neftçi”dən ayrıldı, sabiq klubuna qayıtdı

"Neftçi"nin yollarını ayırdığı Dieqo Valdesin yeni klubu müəyyənləşib.

Sports.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi karyerasını ölkəsinin "Sol de Amerika" klubunda davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Valdes ötən il avqustun sonunda “Neftçi"də oynayırdı. O, Bakı təmsilçisində keçməmişdən əvvəl 2020-2021-ci illərdə icarə əsasında "Sol de Amerika"da çıxış edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar