“Sumqayıt” “Fehervar”a evdə uduzdu

“Sumqayıt” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Sports.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Macarıstan “Fehervar”ını qəbul edib.

Sumqayıtdakı qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma sonradan iki qol vuran Macarıstan təmsilçisi Azərbaycandan əzmkar qələbə ilə qayıdıb.

Komandaların cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Sumqayıt – Fehervar 1:2
Qollar: Səbuhi Abdullazadə, 20 - Tobias Kristensen, 39. Çaba Spandler, 52.
Qırmızı vərəqə: Murad Xaçayev, 32 (ikinci sarı).
Baş hakim: Flerian Lyata (Albaniya).
Sumqayıt, Mehdi Hüseynzadə stadionu.

Sumqayıt: Mehdi Cənnətov, Elvin Bədəlov (k), Murad Xaçayev, Rövlan Muradov, Slavişa Radoviç, Fernando Medeiros, Səbuhi Abdullazadə, Cordan Rezabala, Rəhim Sadıxov, Roy Kexat, Nikola Vujnoviç.
Ehtiyat oyunçular: Murad Ağamalıyev, Xəyal Fərzullayev, Vüqar Mustafayev, Nihad Əhmədzadə, Sənan Muradlı, Kamran Quliyev, Uğur Cahangirov, Tressor Mossi
Baş məşqçi: Samir Abasov.

Fehervar: Balaş Tot, Nikola Serafimov, Tobias Kristensen, Bence Bedi, Boqdan Melnik, Sabol Şen, Çaba Spandler, Aron Çonqvay (k), Matias Katona, Milan Peto, Neyk Qradisar.
Ehtiyat oyunçular: Dala, Veselinov, Larsen, Stafebelli, Kavac, Simut, Bence, Patrik, Husuti, Ominger, Babos.
Baş məşqçi: Tamaş Peto.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar