“Sabah”dan fantastik zəfər

“Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Sports.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda səfərdə “Makkabi”nin (Hayfa) qonağı olub.

Qarşılaşma İsraildə deyil, Macarıstanda keçirilib. Azərbaycan təmsilçisi bu oyundan darmadağınla ayrılıb.

Komandaların cavab oyunu avqustun 1-də baş tutacaq.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Makkabi (Hayfa) – Sabah 0:3
Qollar: Pavol Şafranko, 62. Jesse Sekidika, 78. Xəyal Əliyev, 88.
Baş hakim: Natan Verbumen (Belçika)
Kişvarda (Macarıstan), Varkert stadionu.

Makkabi: Şarif Keuof, Daniel Sundqren, Lorenso Simiç, Aleksandr Sirota, Pyer Kornud, Mahmud Caber, Əli Məhəmməd, Lior Refaelov (k), Dolev Haziza, Frantzdi Pyerrot, Din David.
Ehtiyat oyunçular: Tomas Sultani, Qadi Kinda, Kennet Sayef, Suf Podqoreanu, Qoni Naor, İlai Haqaq, Abdulaye Sek, Hamza Şibli, David Dahan, Roey Elimeleç, Rami Gerson, Dia Sabia.
Baş məşqçi: Barak Baxar.

Sabah: Yusif İmanov, Boyan Letiç, Con İrasabal, Sofian Çakla, Amin Seydiyev, Elvin Camalov (k), İvan Lepinitsa, Coy Lens Mikels, Jesse Sekidika, Kahim Parris, Pavol Şafranko.
Ehtiyat oyunçular: Rüstəm Samiqullin, Nicat Mehbalıyev, Rəhman Daşdəmirov, Abdulla Xaybullayev, Ayaz Quliyev, Namik Ələskərov, Tellur Mütəllimov, Abdulla Rzayev, Camal Cəfərov, Amin Seydiyev, Xəyal Əliyev, Neqoş Kupuşoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar