“Baku Fire”in kapitanı UEFA kursunda

“Baku Fire”in kapitanı Elvin Quliyev UEFA-nın məşqçilər üçün nəzərdə tutulan B kateqoriyalı kursunda iştirak edir.

Sports.az xəbər verir ki, Finlandiyada təşkil olunan kursda UEFA təlimçiləri həm nəzəri, həm də praktiki təlimlər keçir.

Kurs 3 mərhələdən ibarətdir. Avqustdan sonra növbəti seminar noyabrda, imtahan isə gələn ilin fevralında keçiriləcək. Klubun maddi dəstəyi ilə kapitanın qatıldığı kurs futzal üzrə UEFA-nın təşkil etdiyi ən üst kursdu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar