“Qarabağ” Qusar klubuna qalib gələ bilmədi

Qubada "Ulduz Cup" beynəlxalq futbol turnirinin açılış mərasimi keçirilib. 

Sports.az xəbər verir ki, Quba Olimpiya Kompleksində baş tutan açılış mərasimində əvvəlcə iştirakçıların paradı olub. 

Daha sonra Gənclər və İdman Naziri Fərid Qayıbov çıxış edərək 12 yaşadək futbolçular arasında keçirilən bu turnirin ölkəmizdə uşaq futbolunun inkişafına töhfə verəcəyini bildirib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır.

Açılış matçında "Ulduz" FA Özbəkistan "Bunyodkor"una 1:2 hesabı ilə məğlub olub. Ölkəmizin A qrupundakı digər təmsilçisi - Quba Olimpiya Kompleksinin komandası Şimali Kipr millisinə 1:5 uduzub. 

Yarışın ilk günündə B qrupunda iki Azərbaycan təmsilçisi bir-biri ilə qarşılaşıb. "Qarabağ" (Ağdam) - "Metak" (Qusar) görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Sentyabrın 6-sına kimi davam edəcək beynəlxalq turnirin ilk günü ən çox qol "Dinamo Minsk" - "Saburtalo" oyununda vurulub. B qrupunda yarışan komandaların qarşılaşmasında Belarus təmsilçisi Gürcüstan komandasına 13:1 hesabı ilə qalıb gəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar