“Sabah”ın UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.

Sports.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşacaq.

İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.

İki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar