“İsveç üzərində qələbə qazanmağa çalışacağıq” - Emin Mahmudov

Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Sports.az xəbər verir ki, o, sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib:

"Sabah yaxşı rəqibə qarşı mübarizə aparacağıq. İsveçin heyətində güclü futbolçular var. Çalışacağıq ki, qələbə qazanaq. Bu komandaya qarşı Avropa çempionatının seçmə mərhələsində çıxış etmişəm. Həmin matç karyeramın ən yaxşı oyunlarından biri olub. İnşallah, yenə də komanda yoldaşlarımla birgə özümüzü ən yaxşı tərəfdən göstərmək istəyirik".

Sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar