“Ulduz Cup”: Qubada yarımfinalçılar bəlli oldu

Azərbaycanda təşkil olunan “Ulduz Cup" beynəlxalq turnirində qrup mərhələsinə yekun vurulub.

Sports.az xəbər verir ki, A qrupunda “Ulduz” Futbol Akademiyasının 12 yaşadək futbolçuları Şimali Kipr milli komandasını 3:1 hesabıyla məğlub ediblər.

Özbəkistanın "Bunyodkor" klubu isə Quba Olimpiya Kompleksindən üstün olub - 9:0.

B qrupunda "Qarabağ" Minsk "Dinamo"suna 0:12 hesabıyla uduzub. Gürcüstanın "Saburtalo" kollektivi isə Qusar "Metak"ına 2:0 hesabıyla qalib gəlib.

Qrup mərhələsinin yekununda turnir cədvəlləri belə formalaşıb:

A qrupu

“Ulduz” FA – 6 xal
“Bunyodkor” – 6
Şimali Kipr – 6
Quba OK – 0

B qrupu

“Dinamo” (Minsk) – 9 xal
“Saburtalo – 6
“Metak” – 1
“Qarabağ” – 1

Sabah yarımfinalda bu komandalar üz-üzə gələcəklər:

15:30. “Ulduz” FA - “Saburtalo”
17:00. “Bunyodkor” - “Dinamo” (Minsk)

Qruplarında son iki yeri tutan kollektivlər isə 5-8-ci yerlər uğrunda mübarizə aparacaqlar:

10:00. Şimali Kipr – “Qarabağ”
10:00 Quba OK – “Metak”

Qubada keçirilən turnirə sentyabrın 6-da yekun vurulacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar