“Qəbələ” “İmişli” ilə qarşılaşacaq

“Qəbələ” 2024-2025-ci illər mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Sports.az xəbər verir ki, “qırmızı-qaralar” sabah “İmişli” ilə üz-üzə gələcək.

Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq. Matç saat 18:00-da başlayacaq.

Bu qarşılaşma Kaxaber Sxadadzenin yetirmələrinin mövsümlərarası hazırlıq çərçivəsində 6-cı yoxlama oyunu olacaq. Bunadək Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən “Qəbələ” “Zaqatala”ya (2:0), “Cəbrayıl”a (5:2, 4:1) və “Mingəçevir”ə (4:0) qalib gəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar